...

Rusiya XİN Azərbaycana təşəkkür edib

Siyasət Materials 14 İyun 2025 14:00 (UTC +04:00)
Rusiya XİN Azərbaycana təşəkkür edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya XİN vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib.

Trend xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi Telegram kanalında müraciət paylaşılıb.

“Azərbaycan tərəfinə İran-Azərbaycan sərhədindən Bakıya nəqliyyatın təmin olunmasına, qrupun hotellə yerləşdirilməsinə və vətəndaşlarımızın Vətənə qayıtmasına göstərilən yardıma görə təşəkkür edirik,” – Rusiya XİN yazıb.

Qeyd edək ki, iyunun 14-nə keçən gecə 86 nəfərdən ibarət rusiyalı qrup, onlardan ikisi uşaq olmaqla, Rusiya Federasiyasının İranda və Azərbaycanda yerləşən səfirliklərinin dəstəyi ilə “Astara” çoxtərəfli avtomobil keçid məntəqəsindən (ÇAİKM) istifadə edərək İrandan təxliyə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti