...

Beyləqanda bazardakı yanğında xəsarət alan və zəhərlənən şəxslər evə buraxılıblar - TƏBİB

Hadisə Materials 14 İyun 2025 12:00 (UTC +04:00)
Beyləqanda bazardakı yanğında xəsarət alan və zəhərlənən şəxslər evə buraxılıblar - TƏBİB
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Ötən gecə Beyləqanda bazarda baş verən yanğın zamanı 3 nəfər xəsarət alıb, 13 nəfər tüstüdən zəhərlənib.

Trend xəbər verir ki, baş verən yanğın zamanı xəsarət alanlar aşağıdakılardır:

  • 2004-cü il təvəllüdlü Şirinzadə Məhəmməd Mehman oğlu sol ayağın 1-ci barmağının kəsilmiş yarası;
  • 1984-cü il təvəllüdlü Səfərov Dəyanət Taleh oğlu sol biləyin kəsilmiş, cırılmış yarası;
  • 1995-ci il təvəllüdlü Hacızadə Sənay Ramiz oğlu sol qolun mismarla cırılmış diaqnozu ilə xəsarər alıb.

Yanğın zamanı bir nəfər yanğınsöndürən əməkdaşı olmaqla 13nəfər tüstüdən zəhərlənmə ilə Beyləqanda təcili tibbi yardıma müraciət edib.

Tüstüdən zəhərlənələr aşağıdakılardır:

  • 1985 ci il təvəllüdlü yanğınsöndürın əməkdaşı Balakişiyev İbadət Samir oğlu;
  • 2005-ci il təvəllüdlüƏlizadə Rəşad Habil oğlu;
  • 1972-ci il təvəllüdlü Behbudova Şəfiqə Əsgər qızı;
  • 1992-ci il təvəllüdlü Baxışlı Əyyub Arif oğlu;
  • 2001-ci il təvəllüdlü Yunisov Ramiz Ramil oğlu;
  • 1986-cı il təvəllüdlü Kazımov Ceyhun Əli oğlu;
  • 2000-ci il təvəllüdlü Şirinov Arif Rövşən oğlu;
  • 2005-ci il təvəllüdlü Bayramov Nihad Elməddin oğlu;
  • 1995-cj il təvəllüdlü Bəhrəmli Kamran Əli oğlu;
  • 1982-ci il təvəllüdlü Məmmədov Fəzail Əbil oğlu;
  • 1970-ci il təvəllüdlü Behbudov Niyazi Qaraca oğlu;
  • 2005-ci il təvəllüdlü Mehtiyev Elgün Zöhrab oğlu;
  • 2007-ci il təvəllüdlü Əlizadə Vüqar Ramil oğlu tüstüdən zəhərlənib.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 14.06.2025-ci il saat 02:00 radələrində Beyləqan rayonunda baş verən yanğında xəsarət alması səbəbilə 16 nəfər (15-i kişi, 1-i qadın cinsli olmaqla) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Onlardan 1984-cü il təvəllüdlü şəxsə sol biləyin kəsilmiş, cırılmış yarası, 1995-ci il təvəllüdlü şəxsə sol qolun cırılmış yarası, 2004 -cü il təvəllüdlü şəxsə isə sol ayağın 1-ci barmağının kəsilmiş yarası, digər şəxslərə isə tüstüdən zəhərlənmə diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar", - qurumdan qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti