Bakı. Trend:
Afina yaxınlığındakı kurort qəsəbəsi Vulyaqmenidə helikopter dənizə düşüb.
Trend xəbər verir ki, bu barədə Yunanıstanın “Skai” telekanalı məlumat yayıb.
Göyərtəsində olan beş nəfərin hamısı sağ qurtarılıb.
Qəza sahildən uzaq olmayan Vouliagmeni körfəzində baş verib. Hadisədən dərhal sonra şişmə qayıqlarla xilasetmə əməliyyatına başlanılıb. Təcili tibbi yardım xidmətləri bildiriblər ki, dörd nəfər yüngül bədən xəsarətləri və göyərmələrlə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, helikopter Mikonos adasına yollanmaq üçün Vouliagmeni körfəzində dayanmış yaxtadan qalxarkən qəzaya uğrayıb. Hazırda qəzanın səbəbləri ilə bağlı liman xidmətləri tərəfindən araşdırma aparılır. Helikopterin modeli hələ açıqlanmayıb.