Bakı. Trend:
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli klinikanın dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
XXX
17:34
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sabirabad rayonunda yerləşən klinikada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Daxil olan məlumat əsasında FHN-in müvafiq yanğınsöndürmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.