Bakı. Trend:
Birləşmiş Hava Yollarına məxsus Boeing 737 Max 8 təyyarəsi Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə eniş edib.
Trend "The Washington Post"a istinadən xəbər verir ki, bu, 2008-ci ildən bəri ABŞ-dən Qrenlandiyaya ilk birbaşa uçuş olub.
Uçuş həm də maraqlı tarixi təsadüflə diqqət çəkib – iyunun 14-də həyata keçirilən bu reys ABŞ Prezidenti Donald Trampın 78-ci doğum gününə təsadüf edib.
Təyyarə Nyu-Cersidəki Nyuark Beynəlxalq Hava Limanından yerli vaxtla saat 11:31-də havaya qalxıb və təxminən dörd saatlıq uçuşdan sonra Nuuk şəhərinə çatıb. Sərnişin biletlərinin qiymətləri bir istiqamət üçün təxminən 1200 dollar, geri dönüş üçün isə 1300–1500 dollar arasında dəyişir.