Bakı.Trend:
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri sonuncu əməliyyat zamanı 36 yaşlı Ramin Məmmədov Binə qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin, marixuana və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb.
Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, R.Məmmədov ifadəsində narkotik vasitələri həm şəxsi istifadə, həm də satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağıı araşdırma aparılır.
Qeyd edək ki, Şöbə əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotiklərə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümümilikdə 51 fakt aşkarlanıb