Bakı.Trend:
“Zirə”də 2 ayrılıq gerçəkləşib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qəsəbə təmsilçisi Məqsəd İsayev və Pyer Zebli ilə yollarını ayırıb.
Futbolçularla klub arasında imzalanmış müqavilə başa çatıb.
“Zirə” hər iki oyunçuya kluba göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.