Bakı. Trend:
Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa Gümüş Liqasında növbəti oyununu keçirəcək.
Trend xəbər verir ki, yığmamız GİN Voleybol Mərkəzində Macarıstan seçməsi ilə üz-üzə gələcək. Matç saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Gürcüstana 3:0 hesabı ilə qalib gəlib, İsveç və Lüksemburqa isə 0:3 hesabı ilə məğlub olub.
Avropa Gümüş Liqası
18:00 — Lüksemburq - Azərbaycan