...

Bakıda bədbəxt hadisə: yolu keçmək istəyən şəxs avtobusun altında qaldı (VİDEO)

Hadisə Materials 14 İyun 2025 17:58 (UTC +04:00)
Bakıda bədbəxt hadisə: yolu keçmək istəyən şəxs avtobusun altında qaldı (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saat 07:45 radələrində Həsən bəy Zərdabi küçəsində 18 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə qəza baş verib.

Trend xəbər verir ki, bu barədə ictimai nəqliyyatda daşıyıcı şirkətlərdən biri olan “Faiqoğlu” məlumat yayıb.

Bildirilib ki, piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu qaçaraq keçən 2 nəfər saatda 30-35 kilometr sürətlə hərəkət edən avtobusun qarşısına qəfil çıxıblar:

"Bu zaman onlardan biri yıxılaraq yolun hərəkət hissəsində qalıb və nəqliyyat vasitəsinə çırpılıb. Ağır xəsarət alan şəxs xəstəxanaya aparılsa da, həyatını itirib. Qəza anını əks etdirən görüntülər aidiyyəti qurumlara təqdim edilib.

Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır", - qurumdan əlavə olunub.

“Baş vermiş bədbəxt hadisə ilə bağlı vəfat edən şəxsin ailəsinə başsağlığı veririk və bir daha piyadalara müraciət edərək yol hərəkəti qaydalarına və həyatlarına ciddi yanaşmalarını xahiş edirik”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti