...

Paytaxtda qəza törədib hadisə yerindən qaçan şəxs saxlanılıb (VİDEO)

Hadisə Materials 16 İyun 2025 13:11 (UTC +04:00)
Paytaxtda qəza törədib hadisə yerindən qaçan şəxs saxlanılıb (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada svetoforu sıradan çıxıb, digər nəqliyyat vasitəsinə zərər dəyib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, daha sonra minik avtomobilinin sürücüsü hadisə yerindən yayınmaqla əks istiqamətdə olan yolla hərəkət etməyə çalışıb.

Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti