...

İranın İsrailə zərbələri nəticəsində üç gün ərzində ölən və yaralananların sayı məlum olub

Dünya xəbərləri Materials 16 İyun 2025 12:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın son üç gün ərzində İsrailə endirdiyi zərbələr nəticəsində 24 nəfər həyatını itirib, 600-ə yaxın insan yaralanıb.

Trend xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir.

“İyirmi dörd nəfər həlak olub. 592 yaralı var. Onlardan onu ağır, otuz altısı orta vəziyyətdədir. 546 nəfər isə yüngül xəsarətlər alıb”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, İranın atdığı raketlər ümumilikdə 30 fərqli əraziyə düşüb. Üç gün ərzində İranın 370-ə yaxın ballistik raket buraxdığı güman edilir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti