...

"Bavariya"nın futbolçusu klublararası dünya çempionatının tarixinə düşdü

İdman Materials 16 İyun 2025 17:54 (UTC +04:00)
"Bavariya"nın futbolçusu klublararası dünya çempionatının tarixinə düşdü
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Bavariya"nın futbolçusu Camal Musiala klublararası dünya çempionatında Yeni Zelandiya təmsilçisi "Oklend Siti" ilə (10:0) matçdan sonra yarışın tarixinə düşüb.

Trend xəbər verir ki, o, klublararası dünya çempionatının yenilənmiş formatında ilk het-trik müəllifi olub.

Musiala həmçinin, ümumilikdə yarış tarixində bunu reallaşdıran üçüncü futbolçudur.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçiyə qədər Portuqaliya yığmasının üzvü Kriştiano Ronaldo və Uels millisinin sabiq futbolçusu Qaret Beyl klublararası dünya çempionatında bir oyunda üç qola imza atmağı bacarmışdı.

Xəbər lenti

Xəbər lenti