Bakı. Trend:
Az öncə İsrail İran paytaxtı Tehranda bir sıra strateji
əhəmiyyət daşıyan hədəfləri vurub.
Trend İran KİV-ə istinadən məlumat verir ki, İsrailin hərbi
hücumlarında Mehrabad Beynəlxalq Hava Limanı, Tehranın simvolu
sayılan Azadlıq Meydanının ətrafı vurulan əhəmiyyətli məkanlardan
hesab olunur.
Bildirilir ki, Mehrabad Beynəlxalq Hava Limanının özünə xəsarət
dəyməsə də, aeroport yaxınlığında ciddi partlayış olub.
Tehranın şimalı və qərbində də partlayış səsləri eşidilib.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.