...

Premyer Liqa klubu 16 yaşlı futbolçu üçün 12 milyon avro ödəyəcək

İdman Materials 9 Yanvar 2026 04:18 (UTC +04:00)

Bakı. Trend:

"Aston Villa" "Mets"in 16 yaşlı hücumçusu Brayan Madjonun transferi ilə bağlı razılığa gəlib.

Trend xəbər verir ki, müqavilənin məbləği 12 milyon avro təşkil edəcək. Madjo ilə 5 illik sözləşmə imzalanacaq. Futbolçunun yaxın günlərdə tibbi müayinədən keçəcəyi gözlənilir.

Qeyd edək ki, cari Liqa 1 mövsümündə lüksemburqlu oyunçu 5 matçda iştirak edib və məhsuldar göstəricilərlə yadda qalmayıb.

Xəbər lenti

Xəbər lenti