Bakı. Trend:
"Roma" qış transfer pəncərəsində Radu Drequşinin keçidi ilə bağlı "Tottenhem"lə danışıqlar aparır.
Trend xəbər verir ki, son saatlarda mümkün transferin maliyyə şərtləri müzakirə olunub.
Rumıniyalı müdafiəçi çarpaz bağların qopması səbəbindən 11 aylıq fasilədən sonra dekabrın sonunda "Tottenhem"in heyətinə qayıdıb. Cari mövsümdə o, cəmi 5 dəqiqə oynayıb.