...

Venesuela siyasi məhbusları azad etməyə başlayıb

Dünya xəbərləri Materials 9 Yanvar 2026 10:17 (UTC +04:00)
Venesuela siyasi məhbusları azad etməyə başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuelada hökumət siyasi məhbusların kütləvi amnistiyasını elan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ölkə prezidenti Nikolas Maduronun ABŞ-nin "Delta Force" xüsusi təyinatlıları tərəfindən Amerikaya aparılmasından sonra, müvəqqəti prezident Delsi Rodriqes bunu sülhün konsolidasiyası üçün edilmiş bir jest kimi xarakterizə edib.

Hələlik hansı sayda məhbusun azad olunacağı dəqiqləşdirilmir. Venesulada fəaliyyət göstərən insan haqları təşkilatları ölkədə təxminən 800-1000 siyasi məhsbusun olduğunu bildirir. Onların çoxu 2024-cü il seçkilərindən sonra baş alan etiraz eksiyalarında iştirak etmiş fəallar idi.

Venesuela Milli Assambleyasının sədri, müvəqqəti prezident Delsi Rodriqesin qardaşı Xorxe Rodriqes bildirib ki, bu addım respublikada sülhün möhkəmləndirilməsi və hamı arasında dinc birgəyaşayışın təmin olunmasına dair qərarı təsdiqləyən birtərəfli jestdir.

Bəzi mənbələr həbsdən azad edilənlər arasında sabiq müxalifət liderlərindən olan Enrike Markesin də yer aldığını yazır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti