Bakı.Trend:
Bakıda avtomobil piyadanı vurub.
Trend-in məlumatına görə, hadisə yanvarın 8-də baş verib.
Belə ki, markası və dövlət qeydiyyat nişanı naməlum avtomobil Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 80A ünvanının qarşısında 1948-ci il təvəllüdlü Bayramova Mahirə Əhməd qızını vurub.
Hadisədən sonra piyada təcili tibbi yardım vasitəsi ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. O, bu gün aldığı xəsarətlər nəticəsində ölüb.
