Bakı. Trend:
Niderlandın "ING" bank qrupu Türkiyədə 2028-ci ilə qədər inflyasiya üzrə yenilənmiş proqnozunu açıqlayıb.
Trend xəbər verir ki, analitiklərin qiymətləndirmələrinə görə, ölkədə 2026-cı ildə illik inflyasiya səviyyəsi 24,4 faiz təşkil edəcək, 2027-ci ildə isə bu göstəricinin 18,9 faizə qədər azalacağı gözlənilir.
"ING"nin məlumatına əsasən, 2025-ci ildə Türkiyədə inflyasiya 30,9 faiz olub.
Qeyd edək ki, Türkiyə Statistika İnstitutunun (TurkStat) məlumatına görə, noyabr ayında istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,87 faiz artıb, istehsalçı qiymətləri indeksi isə 0,84 faiz yüksəlib. İllik inflyasiya istehlak qiymətləri indeksi üzrə 31,07 faiz, daxili istehsalçı qiymətləri üzrə isə 27,23 faiz təşkil edib.
Noyabr ayında istehlak qiymətlərinin aylıq artımı – 0,87 faiz – son iki il yarım ərzində qeydə alınan ən aşağı göstərici olub. İllik inflyasiyanın 31,07 faiz səviyyəsi də son dörd il ərzində qeydə alınmış ən aşağı göstərici hesab olunur.
