...

Etirazçılar öldürülərsə, Vaşinqton Tehrana zərbə endirəcək - Tramp

Dünya xəbərləri Materials 8 Yanvar 2026 23:37 (UTC +04:00)
Etirazçılar öldürülərsə, Vaşinqton Tehrana zərbə endirəcək - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda etiraz aksiyalarının iştirakçıları öldürülərsə, Vaşinqton Tehrana zərbə endirəcək.

Trend xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Salem News Channel" telekanalının efirində bildirib.

"ABŞ Tehrana çox güclü zərbə endirəcək və İran bunun ağır nəticələrini görəcək", – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, İranda etirazlar davam edir. Bu gün İranın Kermanşah şəhərində baş verən iğtişaşlar zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun iki hərbi qulluqçusu həlak olub.

Xəbər lenti

Xəbər lenti