Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən sammit zamanı təşkil etdiyi brifinqdə G7 qrupunun tərkibinin genişləndirilməsini dəstəklədiyini bildirib.
Trend xəbər verir ki, bunu Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, G7-nin G8 və ya hətta G9-a çevrilməsi daha məqsədəuyğun olardı.
Tramp Çinlə bağlı sualı cavablandırarkən bu ölkənin G7-yə daxil olmasına qarşı olmadığını bildirib: “Bu, pis fikir deyil. Əgər kimsə yalnız Çini görmək istəyirsə, mənim bununla heç bir problemim yoxdur”, – deyə ABŞ prezidenti vurğulayıb.
O, həmçinin dünya liderlərinin sammitlərdə bir araya gələrək birbaşa danışa bilməsinin vacibliyinə diqqət çəkib.
Donald Tramp Rusiyanın 2014-cü ildə G8-dən çıxarılmasına da münasibət bildirib və bu qərarı səhv adlandırıb. Onun fikrincə, əgər Rusiya qrupda qalsaydı, müharibə baş verməzdi.