...

Bərdədə yol qəzası: xəsarət alanlar var

Hadisə Materials 16 İyun 2025 13:16 (UTC +04:00)
Bərdədə yol qəzası: xəsarət alanlar var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə baş verən qəzada 4 nəfər xəsarət alıb.

Trend-in yerli müxbiri xəbər verir ki, yol nəqliyyat hadisəsi Bərdə-Tərtər yolunda baş verib.

Belə ki, hərəkətdə olan “KİA” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Hər iki avtomobil yoldan çıxaraq, yol kənarındakı ağaclara və elektrik dirəyə çırpılıb.

Nəticədə “Mercedes”də olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti