Bakı. Trend:
İsrail Turizm Nazirliyinin hesablamalarına görə, İranın raket zərbələri fonunda İsrail hava məkanının qeyri-müəyyən müddətə bağlanmasından sonra ölkədə təxminən 40 min turist çıxılmaz vəziyyətdə qalıb.
Trend bu haqda İsrail KİV-ə istinadən xəbər verir
Nazirlik bildirir ki, turistlərə məlumat xidmətləri təqdim etmək məqsədilə həm ivrit, həm də ingilis dillərində fəaliyyət göstərən 24/7 rejimində virtual ofis istifadəyə verilib.
Qurum əlavə edir ki, turistlərin yaşayış və digər ehtiyaclarını qarşılamaq üçün hotellər və digər yerləşdirmə xidmətləri də daxil olmaqla, turizm sənayesi nümayəndələri ilə əlaqə saxlanılır.
“Bundan əlavə, xarici pasport sahiblərinə İsraildən çıxmaq üçün hazırda açıq olan İordaniya və Misir vasitəsilə quru sərhəd keçid məntəqələrindən istifadə etmə imkanlarını təqdim edərək, onlara kömək etməyə çalışırıq”, – deyə Turizm Nazirliyinin sözçüsü bildirib.