...

İsrail Qolan təpələrində 4 dron vurub

Dünya xəbərləri Materials 16 İyun 2025 14:32 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Qolan Təpələrində dörd PUA vurub.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata əsasən, bölgəyə şərqdən daxil olan şübhəli dron İsrail Hava Qüvvələri tərəfindən qısa müddət ərzində zərərsizləşdirilib.

Qeyd edək ki, Qolan Təpələri ərazisində yerləşən Aloney Habaşan qəsəbəsində iki saat ərzində 4 dəfə dron hücumu həyəcanı elan olunub.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti