Bakı. Trend:
Bu ilin aprel ayı ərzində Azərbaycanda Real Vaxt Rejimində Hesablaşmalar Sistemində (AZIPS) aparılan tranzaksiyaların həcmi 71 milyard manatı, sayı isə 193 min ədədi ötüb.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinə nisbətdə aparılan əməliyyatların həcmində 22,8 milyard manat və ya 47,5%, sayında isə 14,4 min vahid və ya 8% artım qeydə alınıb.
Belə ki, 2024-cü ilin aprelində ölkədə AZIPS vasitəsilə aparılan əməliyyatların həcmi 48,1 milyard manatı, sayı isə 179 min ədədi ötmüşdü.
Bundan başqa, 2025-ci ilin aprel ayında Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə aparılan əməliyyatların həcmi 136,5 milyon manat, sayı isə 114,1 min ədədə bərabər olub.
2024-cü ilin eyni ayı ilə müqayisədə AÖS vasitəsilə aparılan əməliyyatların həcmində 50 milyon manat və ya 57,8%, sayında isə 46,4 min vahid və ya 68,5% artım qeydə alınıb.
Qeyd edək ki, ötən ilin aprel ayında ölkədə AÖS vasitəsilə aparılan əməliyyatların həcmi 86,5 milyon manat, sayı isə 67,7 min ədədə bərabər olub.
2025-ci ilin aprelində ölkədə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 6,257 milyard manatı, sayı isə 15,1 min ədədi keçib.
Ötən ilin eyni ayı ilə müqayisədə XÖHKS vasitəsilə aparılan əməliyyatların həcmində 1,5 milyard manat və ya 31,4%, sayında isə təqribən 1 milyon vahid və ya 7,2% artım qeydə alınıb.