Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyəti bu gün agentliyin qərargahında İsrailin İranın nüvə obyektlərinə hücumlarının fəsadlarını müzakirə etmək üçün növbədənkənar iclasa toplanacaq.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər veir.
Məlumata görə, iclasın keçirilməsi təşəbbüsü İran tərəfindən irəli sürülüb və bu təşəbbüs Rusiya, Çin və Venesuela tərəfindən dəstəklənib.
Növbədənkənar iclas İran və İsrail arasında davam edən hərbi qarşıdurma fonunda keçiriləcək. Əsas müzakirə predmeti İsrailin İranın Natanz və Fordo şəhərlərindəki nüvə obyektlərinə hədəflənən hava zərbələri olacaq.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.