...

Ankara İranla İsrail arasında vasitəçilik etməyə hazırdır - Ərdoğan

Dünya xəbərləri Materials 16 İyun 2025 14:52 (UTC +04:00)
Ankara İranla İsrail arasında vasitəçilik etməyə hazırdır - Ərdoğan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Ankara İranla İsrail arasında münaqişəyə ən qısa zamanda son qoyulması üçün tərəflər arasında vasitəçilik etməyə hazırdır.

Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla telefon söhbəti zamanı bildirib.

Telefon danışığının təfərrüatı barədə prezident administrasiyası məlumat yayıb.

“Prezident Ərdoğan bildirib ki, İsraillə İran arasında yaşanan münaqişə ilə bağlı bir sıra xarici liderlərlə əlaqə saxlayıb və Türkiyə münaqişənin ən qısa zamanda dayandırılması və İranın nüvə proqramı üzrə danışıqların bərpası üçün vasitəçi qismində çıxış etməyə hazırdır”, - məlumatda deyilir.

Ərdoğan Türkiyənin bölgədə sülh və sabitliyin qorunmasına böyük önəm verdiyi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti