...

Azərbaycana gələn turistlərin sayı artıb – CƏDVƏL

Turizm Materials 16 İyun 2025 10:52 (UTC +04:00)
Azərbaycana gələn turistlərin sayı artıb – CƏDVƏL
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayında Azərbaycana 244 079 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Trend Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, gösətirci ötən ilin eyni dövrü ilə müqayisədə 4 808 nəfər və ya 2% çoxdur.

Bu ilin yanvar-may ayılarında isə Azərbaycana 979 963 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 408 nəfər və ya 1,5% çoxdur.

Cari ilin may ayında Azərbaycana ən çox turist Rusiyadan gəlib. Sözügedən ölkədən Azərbaycana səfər edənlərin sayı 62 809 nəfər olub ki, bu da 1 il əvvələ nisbətən 9% azdır. Siyahıda ikinci pillədə 41 299 nəfər (illik müqayisədə 10% artım) göstərici ilə Türkiyə, üçüncü yerdə isə 23 326 nəfər (illik müqayisədə 21% artım) göstərici ilə Cənubi Asiya ölkələri qərarlaşıb.

Hesabat ayında Azərbayacana ən çox səfər edən digər ölkə vətəndaşları üzrə statistik göstəricini təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti