Bakı. Trend:
Bu ilin may ayında Gürcüstandan Azərbaycana 8 223 turist səfər edib.
Bu barədə Trend Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 498 nəfər və ya 5,7% azdır.
Cari ilin yanvar-may ayı ərzində isə Gürcüstandan Azərbaycana 43 027 turist gəlib ki, bu da 2024-cü ilin ilk 5 ayına nisbətən 1 091 nəfər və ya 2,6% artım deməkdir.
Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin mayında Azərbaycana 244 079 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib. Məlumata görə, bu, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 808 nəfər və ya 2% çoxdur.
Bu ilin yanvar-may aylarında isə Azərbaycana 979 963 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 408 nəfər və ya 1,5% çoxdur.