...

İsraildə dağıntılar altında daha iki nəfərin meyiti çıxarılıb

Dünya xəbərləri Materials 16 İyun 2025 06:32 (UTC +04:00)

Bakı. Trend:

İrandan həyata keçirilən raket hücumu nəticəsində İsraildə dağıntılar altında daha iki nəfərin meyiti çıxarılıb.

Trend xəbər verir ki, bu barədə Fəlakət Qurbanlarının Tanınması (ZAKA) təşkilatı məlumat yayıb.

“Bazar ertəsi səhər Bat-Yam şəhərində qalıqlar altından daha iki meyit tapılıb", - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, İsraildə İranın raket hücumları nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Xəbər lenti

Xəbər lenti