...

Bəzi çaylarda sululuq artıb

Cəmiyyət Materials 16 İyun 2025 09:30 (UTC +04:00)
Bəzi çaylarda sululuq artıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Avtomat hidroloji stansiyaların iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağan leysan xarakterli yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir.

Böyük Qafqaz ərazisindən axan Katexçayda 23 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçay-Bozluda 9 sm artım qeydə alınır.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 sm artıb, su sərfi 321 m3/san olmaqla normanın 54%-ni, Qanıx-Cəlayir məntəqəsində isə 32 sm artıb, su sərfi 172 m3/san olmaqla normanın 102%-ni təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti