...

Tramp qanunsuz miqrantların deportasiyasını fəallaşdırmağa çağırıb

Dünya xəbərləri Materials 16 İyun 2025 13:28 (UTC +04:00)
Tramp qanunsuz miqrantların deportasiyasını fəallaşdırmağa çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ölkənin Miqrasiya və Gömrük Polisini (ICE) Los-Anceles, Çikaqo və Nyu-York şəhərlərində qanunsuz miqrantların deportasiyasını fəallaşdırmağa çağırıb.

Trend xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkə hesabında yazıb.

О, qeyd edib ki, bu və digər şəhərlər Demokratik Partiyanın hakimiyyət mərkəzinin əsasını təşkil edir.

"Orada demokratlar qanunsuz miqrantlardan öz seçici bazasını genişləndirmək, seçkilərdə saxtakarlıq etmək və “Ümumi rifah dövləti”ni gücləndirmək məqsədilə istifadə edir və bu proses ABŞ vətəndaşlarından yüksək gəlirli iş yerlərini və sosial imtiyazları əlindən alır", - paylaşımda əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti