Bakı.Trend:
Zaqatalada avtomobil aşıb, sürücü həyatını itirib.
Trend-in məlumatına görə, hadisə 13.01.2026-cı il tarixdə saat 14 radələrində baş verib.
Belə ki, 1972-ci il təvəllüdlü Əhmədov Seyfəddin Həmzət oğlunun idarə etdiyi "VAZ-21015" markalı avtomobil Zaqatala rayonu, Muxax kəndində hərəkətdə olarkən aşması nəticəsində sürücü S.Əhmədov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Avtomobildə olan sərnişin-1990-cı il təvəllüdlü Zamanova Şahsənəm Abdulqafur qızı isə bədən xəsarətləri ilə Zaqatala rayon mərkəzi xəstəxanası PHŞ-yə təxliyə edilib.
Faktla bağlı Zaqatala RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
