...

Hava şəraiti ilə bağlı qatarlar gecikə bilər - ADY

Cəmiyyət Materials 14 Yanvar 2026 09:43 (UTC +04:00)
Hava şəraiti ilə bağlı qatarlar gecikə bilər - ADY
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.

"Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur",-məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti