Bakı. Trend:
13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici
işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
XİN-dən Trend-ə bildirilib ki,
telefon danışığı zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik
münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda
təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında
birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.
