Bakı. Trend:
ABŞ dünya bazarlarında neftin bir barelinin qiymətinin 53 dollara qədər azalmasını istəyir.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Detroytda jurnalistlərlə görüşü zamanı açıqlama verib.
“Bəli, bunu görmək istərdim. Hazırda qiymət bir barel üçün 58 dollar civarındadır. Bir barelin 53 dollar olmasını istərdim”, – deyə ABŞ lideri qeyd edib.