Bakı. Trend:
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Türkiyə xarici işlər naziri Hakan Fidan telefon söhbətində regional məsələlərin son vəziyyəti haqda fikir mübadiləsi aparıblar.
Bu barədə Trend İran XİN-ə istinadən məlumat verib.
Telefon söhbətində İran xarici işlər naziri İranda son vaxtlar baş verən hadisələr haqda türkiyəli həmkarına məlumat verib.
İranlı nazir hadisələr zamanı xarici ölkələrə bağlı şəxslərin İran vətəndaşlarının dinc etirazlarını zorakılıqlara çevirməsi, hadisələr nəticəsində bir qrup iranlının həlak olması haqda məlumatları türk həmkarı ilə paylaşıb.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
