...

Laçında yeni yaşayış məhəlləsi tikiləcək - 50 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 14 Yanvar 2026 09:15 (UTC +04:00)
Laçında yeni yaşayış məhəlləsi tikiləcək - 50 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisi işlərinə başlanılır.

Trend xəbər verir ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum görüləcək işlərin 50 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bu il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 3,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti