...

Bir sıra ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Cəmiyyət Materials 13 Yanvar 2026 20:24 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 20:00-a olan məlumatında qeyd olunub.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Ordubad, Culfa, Sədərək, İsmayıllı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şəki, Ağsu, Şamaxı, Cəfərxan, Neftçala, Şirvan, İmişli, Göyçay, Ağcabədi, Kürdəmir, Hacıqabul, Biləsuvar, Ağdam, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şahdağda isə arabir qar yağır.

Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Salyan və Neftçalada 20, Lerikdə 18 m/s-yə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti