...

UEFA ofsayd qaydasının dəyişdirilməsi təklifini dəstəkləməyib

İdman Materials 14 Yanvar 2026 02:53 (UTC +04:00)
UEFA ofsayd qaydasının dəyişdirilməsi təklifini dəstəkləməyib

Bakı. Trend:

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ofsayd qaydasının dəyişdirilməsi təklifini rədd edib.

Trend xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Daha əvvəl İspaniyanın AS qəzeti Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) yanvarın 20-də ofsayd qaydalarını dəyişdirməyi nəzərdən keçirəcəyini bildirmişdi.

Hazırda, hücum edən oyunçunun bədəninin hər hansı bir hissəsi ötürmə anında rəqibin qapısına qapıçı da daxil olmaqla, sonuncudan sonrakı müdafiəçidən daha yaxındırsa, ofsayd hesab olunur.

Xəbər lenti

Xəbər lenti