...

Tramp İranı çox sərt tədbirlərlə hədələyib

Dünya xəbərləri Materials 14 Yanvar 2026 02:15 (UTC +04:00)
Tramp İranı çox sərt tədbirlərlə hədələyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti bu həftə hökumət əleyhinə etiraz edən şəxslərin edamına başlayacağı təqdirdə, ABŞ tərəfindən çox sərt addımlar atılacaq.

Trend xəbər verir ki, Tramp, bu barədə “CBS News”a verdiyi müsahibədə bildirib.

“Biz qətiyyətli və sərt tədbirlər görəcəyik. Əgər onlar belə bir addım atsalar, cavabımız çox sərt olacaq”, – deyə Tramp vurğulayıb.

İran xalqına göstəriləcək dəstəyə toxunan Tramp qeyd edib ki, yardım geniş miqyaslı və müxtəlif formalarda olacaq: “Göstəriləcək yardım kifayət qədər çoxdur və müxtəlif istiqamətləri əhatə edəcək. Buraya iqtisadi dəstək də daxildir”.

Xəbər lenti

Xəbər lenti