Bakı. Trend:
Bu gün Qaradağ rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
"Qaradağ rayonu, Qobustan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan etibarən P.Abbasov küçəsinin qaz təchizatı dayandırılacaq", - məlumatda qeyd olunub.