...

Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu və Qəbələ-Laza avtomobil yolları qardan təmizləndi (VİDEO)

Cəmiyyət Materials 14 Yanvar 2026 08:27 (UTC +04:00)
Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu və Qəbələ-Laza avtomobil yolları qardan təmizləndi (VİDEO)

Bakı. Trend:

Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb. Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.

Xəbər lenti

Xəbər lenti