...

Beynəlxalq Atom Enerjisi Agentliyi İsfahandakı nüvə obyektinə dəymiş ziyanı açıqlayıb

Dünya xəbərləri Materials 16 İyun 2025 14:22 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyi İsfahandakı nüvə obyektinə dəymiş ziyanı açıqlayıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranda nüvə obyektlərinə qarşı son hücumlar nəticəsində bu obyektlərin hüdudlarından kənara radiasiya sızmasının baş vermədiyini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə BAEA-nin baş direktoru Rafael Qrossi agentliyin İdarəçilər Şurasının iclasında çıxışı zamanı danışıb.

“Fordodakı yanacaq zənginləşdirmə zavodunda və Arakda inşa olunan ağır su reaktorunun sahəsində heç bir zədə aşkarlanmayıb”, - deyə Qrossi qeyd edib. O əlavə edib ki, Buşehrdəki atom elektrik stansiyası və Tehrandakı tədqiqat reaktoru da son hücumlardan zərər görməyib.

Lakin İsfahandakı nüvə obyektində ziyan qeydə alınıb:

“Cümə günü baş vermiş hücum nəticəsində dörd bina – Mərkəzi Kimya Laboratoriyası, uranın emalı zavodu, Tehrandakı reaktor üçün yanacaq istehsalı zavodu və tikinti mərhələsində olan UF4 metal emalı zavodu – zədələnib”, – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti