...

İran xalqı bu təcavüzə qarşı birləşməlidir – Pezeşkian

Dünya xəbərləri Materials 16 İyun 2025 09:29 (UTC +04:00)
İran xalqı bu təcavüzə qarşı birləşməlidir – Pezeşkian
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran xalqı ixtilafları bir kənara qoyub İsrailin təcavüzünə qarşı vahid cəbhədə birləşməlidir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir bəyanat İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiandan gəlib.

“Biz müharibəyə can atmırıq və biz başlatmamışıq. Ölkənin yüksək vəzifəli hərbçilərini və alimlərini biz öldürməmişik, bunu terrorçular edib. Təcavüzkar biz deyilik. Bizə indi birlik və həmrəylik həmişəkindən daha çox lazımdır və bütün İran xalqı birləşməli, təcavüzə qarşı qəti şəkildə çıxış etməlidir”, - Pezeşkian partlamentdə çıxışında deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti