...

Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını 21%-dən çox artıb

Turizm Materials 16 İyun 2025 12:02 (UTC +04:00)
Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını 21%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin may ayında Mərkəzi Asiya ölkələrindən Azərbaycana 17 964 turist səfər edib.

Bu barədə Trend Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 137 nəfər və ya 21,2% çoxdur.

Hesabat ayında Azərbaycana Qazaxıstandan 8 934 nəfər (2024-cü ilin may ayı ilə müqayisədə 29% çox), Özbəkistandan 4 809 nəfər (ötən ilin eyni dövrü ilə müqayisədə 23% çox), Türkmənistandan 2 522 nəfər (ötən ilin eyni ayı ilə müqayisədə 8% az), Qırğızıstandan 1 067 nəfər (ötən ilin eyni dövrü ilə müqayisədə 65% çox), Tacikistandan 632 nəfər (ötən ilin eyni dövrü ilə müqayisədə 5% çox) turist gəlib.

Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin mayında Azərbaycana 244 079 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib. Məlumata görə, bu, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 808 nəfər və ya 2% çoxdur.

Bu ilin yanvar-may ayılarında isə Azərbaycana 979 963 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 408 nəfər və ya 1,5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti