...

Azərbaycan əhalisinin yanacaq xərcləri 7%-dən çox artıb

İqtisadiyyat Materials 16 İyun 2025 13:05 (UTC +04:00)
Azərbaycan əhalisinin yanacaq xərcləri 7%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,466 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.

Avtomobil benzini və dizel yanacağı üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 6,3% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23,341 milyard manatlıq, o cümlədən 13,073 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,267 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti