Bakı. Trend:
İtaliyanın "Latsio" komandası futbolçusu Pedro ilə müqavilə müddətini uzadıb.
Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi daha bir il Roma təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Pedro 2021-ci ildən "Latsio"nun formasını geyinir.