Bakı. Trend:
İsmayıllı rayonunun Gəndov kəndində 7 otaqlı moteldə yanğın olub.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 1575 m² (hər mərtəbəsinin və mansardının sahəsi 525 m²) olan ikimərtəbəli 7 otaqlı motelin yanar konstruksiyaları yanıb.
Motelin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.