...

Türkiyənin 18 vilayətində İŞİD-ə qarşı əməliyyat: həbs olunanlar var

Dünya xəbərləri Materials 16 İyun 2025 10:01 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son iki həftə ərzində Türkiyənin 18 vilayətində İŞİD terror təşkilatına qarşı jandarmamız tərəfindən həyata keçirilən əməliyyatlarda terrorçu təşkilatın üzvü olmaqda şübhəli bilinən 39 nəfər həbs olunub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.

“Respublika Baş Prokurorluğu və Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsinin əlaqələndirməsi ilə vilayət jandarma komandanlıqları tərəfindən aparılan işlər nəticəsində Adana, Bursa, Çankırı, Çorum, Dənizli, Eskişəhər, Hatay, İstanbul, Kahramanmaraş, Kastamonu, Kayseri, Kilis, Kocaeli, Osmaniyə, Sakarya, Samsun, Şanlıurfa və Tekirdağda keçirilən əməliyyatlarda saxlanılan şübhəlilərin DEAŞ terror təşkilatına üzv olduqları, təşkilatla əlaqəli qondarma yardım qurumlarına maliyyə dəstəyi göstərdikləri və sosial şəbəkə hesablarında terror təşkilatının təbliğatını apardıqları müəyyən edilib", - paylaşımda əlavə olunub.

Qeyd edilir ki, əməliyyatlar nəticəsində çox sayda təşkilata aid sənəd və rəqəmsal material ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti