...

Mədənçıxarma sektoruna kredit qoyuluşlarının həcmi 760 milyon manatı ötüb

İqtisadiyyat Materials 16 İyun 2025 09:52 (UTC +04:00)
Mədənçıxarma sektoruna kredit qoyuluşlarının həcmi 760 milyon manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən mədənçıxarma və elektrik enerjisi, qaz, buxar, eləcə də su təsərrüfatı sektoruna qoyulmuş kreditlərin həcmi 764,4 milyon manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 1,4 milyon manat və ya 0,2% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 65,8 milyon manat və ya 7,9% azdır.

Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 29,9 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 219,4 milyon manat və ya 0,7%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,9 milyard manat və ya 15,1% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti